Rəqəmsal həllər
İstifadəçilər Avankart ekosistemində qeydiyyatdan keçərək, müxtəlif ödəniş kartlarından və üstünlüklərdən yararlanan şirkət əməkdaşlarıdır. Bu istifadəçilər yemək, yanacaq, hədiyyə, biznes, premium və digər rəqəmsal kart növləri vasitəsilə tərəfdaş müəssisələrdə alış-veriş edə, xüsusi endirimlərdən və bonuslardan faydalana bilərlər.
İstifadəçi Avankart People mobil tətbiqi vasitəsilə öz şirkətindən imtiyaz məbləğlərini qəbul edir, elə tətbiq daxilində Avankart tərəfdaşı olan üzv müəssisələri görür və təyinatına uyğun xidmətlərdən yararlana bilir. Ödənişi isə eyni tətbiq daxilində xidmət alınan obyektlərin təqdim etdiyi QR kod vasitəsilə edir.
Avankart People ilə sizə ən yaxın partnyor müəssisələri və xidmət təminatçılarını taparaq, gündəlik ehtiyaclarınıza qarşılayın.
Hər alış-verişinizdə Avankart People tətbiqi sizə müxtəlif endirimlər və bonuslar qazandırır. Qazandığınız üstünlüklərdən istifadə edərək daha sərfəli xərcləmə edə bilərsiniz.
Xərclərinizi izləyin
Tətbiq vasitəsilə balansınızı və əməliyyat tarixçənizi anlıq olaraq izləyə və xərclərinizi effektiv idarə edə bilərsiniz.
Endirim və bonuslar qazanın
Tərəfdaş müəssisələrdə xüsusi kampaniyalara çıxış əldə edin və daha çox qənaət edin.
Müxtəlif kateqoriyalar üzrə kart seçimləri
İstifadəçilər ehtiyaclarına uyğun fərqli rəqəmsal kartları aktivləşdirə və istədikləri xidmətlərdən faydalana bilərlər.
İstifadəçilərə müxtəlif kateqoriyalarda (qida, yanacaq, hədiyyə, biznes, premium və s.) rəqəmsal ödəniş kartları təqdim edən mobil tətbiqdir. İstifadəçilər bu kartlar vasitəsilə partnyor məkanlarda ödəniş edə, xüsusi güzəştlərdən və bonuslardan yararlana bilərlər.