Mesaj
Avankart

Rəqəmsal həllər

Şirkətlər üçün rəqəmsal həllimiz

Üzv şirkətlər Avankart ekosistemində iştirak edən və öz əməkdaşlarına imtiyazları Avankart ilə təqdim edən korporativ tərəfdaşlardır. Avankart rəqəmsal həlli ilə şirkətlər işçilərinə yemək, yanacaq, hədiyyə və digər xərcləri əhatə edən imtiyazlar təklif edərək, onlara rahat və nəzarətli xərcləmə imkanı yaradır.

Üzv şirkətlər üçün idarəetmə paneli

İşçilərə imtiyazların çatdırılması üçün vasitəçi sistemə hər zaman ehtiyac vardır. Qlobal təcrübədə bu kimi sistemlər prosesi şəffaflaşdırmaq üçün istifadə edilir. Avankart nahar yeməyi və sosial aktivlər üçün ayrılan büdcənin əməkdaşlara rahat və səmərəli ötürülməsini təmin edir. Rəqəmsal olaraq təqdim edilən imtiyazlar dəyər qazandırır, keyfiyyət və şəffaflıqla çatdırılır. Platformamız imtiyazları mərkəzləşdirərək avtomatlaşdırır, vergi yükünü azaldır və idarəetmədə şəffaflıq yaradır.

check-broken Dashboard – Müəssisənin fəaliyyətinə dair ümumi baxış təqdim edir. Burada QR kod sayıları, ödənişlər, hesabatlar və maliyyə göstəriciləri vizual qrafiklərlə əks olunur. check-broken Hesablaşmalar – Müəssisənin Avankart vasitəsilə qəbul etdiyi ödənişləri və onların detallı analizini göstərir. Hər bir hesablaşmanın unikal nömrəsi, tranzaksiya sayı, məbləğ, komissiya və yekun məbləğ qeyd olunur. check-broken İşçilərin idarəsi – Şirkətlər sistem üzərindən işçiləri idarə edərək onlara təyin etdikləri məbləğdə imtiyazlar verə bilirlər. Həmçinin, işçilərin imtiyazlardan istifadə prosesini izləyə bilərlər. check-broken Şirkət Məlumatları – Müəssisənin əsas məlumatlarını və parametrlərini idarə etməyə imkan verir. Burada şirkət adı, ünvanı, əlaqə məlumatları və digər biznes detallarını dəyişmək mümkündür.
users

Xərclərə nəzarət və şəffaflıq

İmtiyazların təyinatı üzrə xərcləndiyindən əmin olmaq və maliyyə axınını daha dəqiq izləmək imkanı.

Rahatlıq və sürət

Nağdsız ödənişlər vasitəsilə əməliyyat proseslərini sadələşdirmək.

Motivasiya və əlavə dəyər

İşçilərə yemək, yanacaq və digər ehtiyaclar üçün xüsusi kartlar təqdim edərək motivasiyanı artırmaq.

users

3400+

İstifadəçilər

restaurant

200+

Müəssisələr

billing

250+

Şirkətlər

Avankarta üzv ol

Xidmətlərinizlə daha geniş kütləyə çatmaq və işçilərinizə imtiyazlar təqdim etmək üçün qoşulun.

Üzvlük kateqoriyası

Ödənişlərinizi təhlükəsiz şəkildə qəbul etməyiniz üçün QR kod sistemi

Avankart People mobil tətbiqi istifadəçilərə müxtəlif kateqoriyalarda (qida, yanacaq, hədiyyə, biznes, Premium və s.) rəqəmsal ödəniş kartları təqdim edir. İstifadəçilər bu rəqəmsal kartlar vasitəsilə QR kodları oxudaraq partnyor məkanlarda ödəniş edə, xüsusi güzəştlərdən və bonuslardan yararlana bilərlər.

getApp
phones

Tez-tez verilən suallar

Müştərilər